SON XƏBƏR

"İstanbul Başakşehir" komandası "Qarabağ"ı təbrik edib

Avqust 24
12:02 2017
Türkiyənin "İstanbul Başakşehir" komandası Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.
 
Trend-in məlumatına görə, İstanbul klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb:
 
"Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!"
 
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində
 
Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook