SON XƏBƏR

İsralin baş naziri: “İƏT-in İstanbul bəyannaməsi bizi təsirləndirmədi”

Dekabr 14
12:01 2017
"Bu bəyannamə bizi təsirləndirmədi”. "Report” TRT-yə istinadən xəbər verir ki, bunu Qərbi Qüdsdə MOSSAD əməkdaşlarının şərəfinə təşkil edilən tədbirdə İsrailin baş naziri Binyamin Netanyahu deyib.
 
İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-də İstanbulda keçirilən fövqəladə sammitinin yekun bəyannaməsinə və təşkilatın Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımasına münasibət bildirən hökumət başçısı qeyd edib ki, bu açıqlamalar onları təsirləndirə bilməyib: "Nəticədə doğru olan qazanacaq. Bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq, tanıyıb və səfirliklərini bu şəhərə köçürəcəklər. Fələstinlilər radikallıq etməkdənsə bu reallığı qəbul edərək, sülh yolunda fəaliyyət göstərsələr daha yaxşı iş görmüş olarlar”.
 
Xatırladaq ki, dekabrın 13-də keçirilən sammitin yekun bəyannaməsində Şərqi Qüds Fələstinin işğal altında olan paytaxtı kimi tanınıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook