SON XƏBƏR

İsrailli ekspert: "Azərbaycan regionun lideridir"

Oktyabr 26
14:06 2018
"Azərbaycan siyasi və iqtisadi layihələr üzrə regionun lideridir".

"Report" xəbər verir ki, bunu israilli ekspert Arye Qut VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilmiş "Davamlı inkişafda mədəni müxtəlifliyin rolu" panel sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, Cənubi Qafqaz regionu bu gün çox mürəkkəb və münaqişəli zona olsa da, Azərbaycan çoxvektorlu siyasətini aparıb və böyük uğurlar əldə edib.

"Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Azərbaycan torpaqlarını işğal etməsinə, onun sakinlərinə qarşı etnik təmizləmə aparmasına baxmayaraq, qonşularla sülh şəraitində yaşamaq prinsipi Azərbaycanın xarici və daxili siyasətinin əsası olaraq qalıb", - ekspert vurğulayıb.

A.Qut həmçinin qeyd edib ki, İsraildə Azərbaycanın inkişafını dəstəkləyirlər və buna sevinirlər, eləcə də ölkənin ərazi bütövlüyünü dəstəkləyir və tanıyırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook