SON XƏBƏR

İsrailin yeni səfiri Azərbaycana gəldi

Noyabr 21
09:52 2019
İsrailin Azərbaycana yeni təyin olunan səfiri Corc Dik Bakıya gəlib.

Bu barədə Azvision.az -a İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, diplomat etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Yeni səfir bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edir.

Qeyd edək ki, C.Dik bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib.

C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, daha sonra 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook