SON XƏBƏR

İsraildə yeni hökumət təsdiqləndi

May 18
00:39 2020
İsrail Knesseti martın 2-də keçirilmiş seçkilərin nəticələrinə əsasən 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib.

Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni kabinetin tərkibinin təsdiqlənməsi üçün 73 deputat lehinə, 46-sı əleyhinə səs verib. Səsvermə prosesi canlı şəkildə parlamentin rəsmi kanalında yayımlanıb.

Baş Nazir Binyamin Netanyahu və rotasiyadan sonra onun yerinə hökumət başçısı postunu tutacaq partnyoru Beni Qants and içiblər.

Yeni hökumətin rəhbəri rotasiyayadək Netanyahu olacaq, daha sonra isə onu Beni Qants əvəz edəcək. Bu müddət ərzində Qants "növbəli” Baş nazir vəzifəsini, eləcə də Müdafiə naziri vəzifəsini icra edəcək. Rotasiya prosesi 2021-ci il noyabrın 17-də baş tutacaq.

Qeyd edək ki, səsvermə zamanı Knessetin yeni spikeri Yariv Levin seçilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook