SON XƏBƏR

İsrail PKK-ya kömək etdiyini açıqladı: “Bəhrəsini görəcəyik”

Noyabr 08
14:00 2019
"Xüsusən diplomatik və humanitar məsələlərdə kömək üçün İsrailə xeyli müraciət daxil olub. Kürdləri ağır qayğılarını nəzərə alaraq onlara bir çox kanal vasitəsilə kömək edirik”. 

Qaynarinfo hurriyet.com.tr-yə istinadən xəbər verir ki , bu sözləri İsrail Parlamentində Suriya mövzusunda keçirilən xüsusi iclasda danışan Tzipi Hotoveli YPG liderliyindəki SDG-ni nəzərdə tutaraq deyib.

"İsrail kürdlərə kömək edə bilər və mən əminəm ki, biz gələcəkdə bunun bəhrəsini görəcəyik”, - deyən Hotoveli ölkəsinin konkret hansı humanitar yardım göstərməsiylə bağlı detalları açıqlamayacağını bildirib.

"İsrail kürdlərin və Suriyanın şimalındakı digər azlıqların, mötədil və Qərb tərəfdarı olan ünsürlərin gücünü qorumağın mənfəətli olduğunu aydın görür. Suriyanın şimalındakı kürd hakimiyyətinin məhv edilməsi İsrailin mənfəətləri baxımından təhlükəli və mənfi senaridir. Belə bir hadisənin İranın liderliyi altında olan mənfi ünsürlərin güclənməsinə təkan verəcəyi tamamilə aydındır. ABŞ prezidenti Donald Trampın Suriyadakı hərbçilərini bölgədən çıxarmaq qərarına qarşı olduğumuzu da Vaşinqton rəhbərliyinə çatdırmışıq”, - Hotoveli deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook