SON XƏBƏR

İsrail ölkə vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırıb

Mart 28
13:58 2017
İsrail ölkə vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırıb.

SalamNews–un "Haber7”-yə istinadla verdiyi xəbərə görə, İsrailin terrora qarşı Mübarizə Bürosu İŞİD terror təşkilatının nəzarətindəki bölgələrə yaxın ölkələrə səyahət etməməklə bağlı xəbərdarlıq yayıb.

Açıqlamada yəhudi xalqının Misir fironlarının əsarətindən qurtulması münasibəti ilə qeyd edilən Pesax bayramı ərəfəsində tətil məqsədilə ölkə vətəndaşlarının Türkiyə, İordaniya və Misirə getməməyi tövsiyyə edilir.

Bu ölkələrə getməyə hazırlaşanların səyahəti ləğv etməsi, həmçinin hal-hazırda bu ölkələrdə olan İsrail vətəndaşlarının bölgəni təcili olaraq tərk etməsi məsləhət görülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook