SON XƏBƏR

İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli öldü, 600-dən çoxu yaralandı

İyun 09
01:18 2018
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb. 

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook