SON XƏBƏR

İsrail BMT TŞ-a üzv olmaq üçün namizədliyini geri götürdü

May 05
09:55 2018
İsrail bu gün BMT Təhlükəsizlik Şurasına 2019-2020-ci illərdə qeyri-daimi üzv olmaq üçün namizədliyini geri götürüb.

Trend-in məlumatına görə, BMT-dəki mənbə bildirib ki, ölkə bu qərarı təşkilata üzv olmaq üçün şanslarının az olması səbəbindən verib.

İsraildən başqa Qərbi Avropa və digər ölkələr qrupundan iki yerə Belçika və Almaniya iddia edirlər. Seçkilər gələn ay BMT Baş Assambleyasında keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook