SON XƏBƏR

İsrail Bakını ermənilərə satmayacaq - Mixayeli

Sentyabr 27
10:57 2019
Ermənistanın İsraildə öz səfirliyini açması hələlik konsultativ vəziyyətdədir. İsrail dövləti erməni lobbisi tərəfindən bütün təzyiqlərə rəğmən İrəvana razılıq verməyə tələsmir.

Bu sözləri Axar.az-a açıqlamasında Akko şəhərindəki Azərbaycan dağ-yəhudi icmasının rəhbəri Şirin Nexemiya Mixayeli deyib.

"İsrail anlayır ki, Ermənistan öz vəziyyətini İsraillə yaxın əlaqələri olan Azərbaycanın maraqlarını əzmək hesabına gücləndirməyə cəhd edir. Hətta İsrail tərəfi səfirliyin açılması üçün müsbət cavab versə belə, Azərbaycanla münasibətlərdə hansısa soyuqlaşma və ya başqa neqativ dəyişikliklər gözlənilmir. Azərbaycan yeganə dost müsəlman dövlətdir və əminəm ki, münasibətlərimiz bütün istiqamətlərdə inkişaf edəcək. Biz mövcud olduqca heç nə Azərbaycanla İsrailin münasibətlərinə təhdid yaratmır. Bu münasibətlər bütün istiqamətlərdə dərinləşəcək və genişlənəcək”, – deyə o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook