SON XƏBƏR

İspaniyalı nazir: “Bu, müstəqillik məsələsi deyil, hüquqi dövlətə qarşı üsyandır”

Oktyabr 11
00:49 2017
İspaniya hökuməti Kataloniyanın hakimiyyət orqanlarını hüquqi dövlətə qarşı qiyam qaldırmaqda ittiham edib.

TASS xəbər verir ki, bu fikri çərşənbə axşamı günü iqtisadiyyat naziri Luis de Gindos Xurado səsləndirib. El Pais qəzeti onun aşağıdakı sözlərini sitat gətirib: "Biz finişə doğru gedirik, indi hər şey Karles Puçdemondan (Kataloniya lideri) asılıdır”. O əlavə edib ki, bütün Avropa İttifaqı İspaniya hökumətinin mövqeyini dəstəkləyir. "Bu, müstəqillik məsələsi deyil, bu, İspaniya və Avropanın mövcudluğunun əsasını təşkil edən hüquqi dövlətə qarşı üsyandır”, - nazir belə deyib. O, eyni zamanda ümid etdiyini bildirib ki, sağlam təfəkkür qayıdacaq.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 18:00-da Kataloniya liderinin parlamentdə çıxışı gözlənilir. Hələlik çıxışda nədən söhbət gedəcəyi dəqiq məlum olmasa da, Kataloniyanın İspaniyanın tərkibindən çıxması prosedurunun işə salınacağı istisna edilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook