SON XƏBƏR

İspaniyada fövqəladə vəziyyət elan edildi

Yanvar 18
15:01 2017
İspaniyanın bütün ərazisində kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
 
Trend-in məlumatına görə, qarlı və şaxtalı hava ölkə ərazisində artıq neçə gündür hökm sürür.
 
Yerli metereolji idarənin məlumatına görə, İspaniyanın bəzi bölgələrində temperatur mənfi 12 dərəcəyədək düşüb. Güclü külək və qar demək olar ki, bütün şəhərlərdə qeydə alınıb.
 
Barselonada və digər sahilyanı şəhərlərdə dalğaların hündürlüyü 3 metrə çatıb.
 
Fövqəladə vəziyyət yalnız Kanar adalarına şamil edilməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook