SON XƏBƏR

İsmayıllıda parket sexlərini İcra Hakimiyyəti kurasiya edir? - AÇIQLAMA

Sentyabr 21
00:27 2018
İsmayıllı rayonunda meşə qoruqları kimlərsə tərəfindən doğranılaraq yük maşını ilə naməlum yerlərə aparılır. 
 
Bu barədə sujeti xezer.tv xəbərlər proqramında yayımlayıb. 
 
Yaş ağacların doğranılıb yüklənildiyi 31-AC-187 nömrəli qaz-53 markalı maşın İsmayıllı-Qəbələ yolunda saxlanılıb. Xezer.tv-nin əməkdaşları çəkiliş etdiyi zaman maşının sürücüsü özünü təqdim etməkdən imtina edib. Bundan əlavə o avtomobil hansı idarəyə məxsus olduğunu gizlədərək odunu hara apardığını da deməyib. Sürücüdən sənəd istədikdə də onun üzərində heç bir sənəd olmayıb. Sürücü Xezet.tv-nin əməkdaşlarına maşındakı odunların quru olduğunu və yükü hansısa məktəbə apardığını deyib. Görüntülərdə isə həmin odunun yaş olduğu aydın görünür. 
 
Ehtimal olunur ki, bu ağaclar qeyri-qanuni olaraq satışa çıxarılır. 
 
Xezer.tv məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə idarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamağa çalışsa da bu mümkün olmayıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin araşdırılacağını və yalnız bundan sonra açıqlama veriləcəyini bildirib. 
 
Qlobal.az hadisə ilə bağlı informasiya əldə edib. Məlumatda deyilir ki, yaş odunları aparan maşın İsmayıllı şəhər Kommunal Müəssisələri Kombinatına məxsus avtomobildir. Maşındakı ağaclar isə rayonda fəaliyyət göstərən sexlərdə xammala çevrilərək Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən parket sexlərinə satılır.
 
Məlumatda iddia olunur ki, bu biznesin arxasında İsmayıllı rayon İcra Hakimiyyətinin və Kommunal Müəssisələri Kombinatının rəhbər vəzifəli şəxsləri dayanır.
 
Məsələyə aydınlıq gətirmək üçün İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Kommunal Müəssisələri Kombinatı ilə əlaqə saxladıq. 
 
Kommunal Müəssisələri Kombinatından müəssisənin balansında 31-AC-187 nömrəli qaz-53 markalı maşının olmadığını, İsmayıllı rayon İcra Hakimiyyətindən isə məlumatın həqiqəti əks etdirmədiyini bildirdilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook