SON XƏBƏR

İsmayıllıda avtomobil körpüsünü sel apardı

May 11
11:35 2018
İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb

Bu barədə "Trend”ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook