SON XƏBƏR

İsmayıllı rayon İcra Hakimiyyətindən AÇIQLAMA: " İsmayıllıda sosial vəziyyətin ağırlığını dilə gətirmək ədalətsizlikdir"

İyun 21
16:43 2018
Saytımızın bu günkü sayında İsmayıllı rayonunda sosial vəziyyətin acınacaqlı olduğu, yerli sahibkarların incidildiyi və buna görə də yaxın günlərdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun vəzifədən azad ediləcəyi barədə informasiya dərc edilib. 
 
Yazıda səslənən iddialara İsmayıllı rayon İcra Hakimiyyəti münasibət bildirib.
 
Qlobal.az İsmayıllı rayon İcra Hakimiyyətinin yayılan xəbər ilə bağlı münasibətini təqdim edir:
 
"İlk növbədə onu qeyd edirik ki, cənab Prezidentin müstəsna səlahiyyətlərinə aid olan məsələləri (kadr məsələsi daxil olmaqla) müzakirə etməyi yolverilməz hesab edirik.
 
İsmayıllıda sosial vəziyyətin ağırlığını dilə gətirmək ədalətsizlikdir. Süni maneələr aradan qaldırıldığı səbəbindən 2017-ci ildə 2012-ci ilə nisbətən fərdi mənzil tikintisi 10 dəfədən, fərdi minik maşını alışı 8 dəfədən çox artmışdı. Adam başına düşən daxili məhsul istehsalı 2012-ci illə müqayisədə 2017-ci ildə 3 dəfə artaraq 2776 manata çatmışdır. Minlərlə iş yeri açılmış, rayonda geniş tikinti-quruculuq-abadlıq işləri aparılmışdır. Bu işlər davam  etməkdədir.
 
"İsma Bikes” velosiped istehsalı zavodu dövlət vəsaiti hesabına yox, sahibkar tərəfindən investisiya qoyuluşu ilə tikilib. Zavod məhsuldarlığı və çeşidləri artırmaqla layihədə müəyyən olunmuş istehsal gücünə çatmaqdadır, müvəffəqiyyətlə fəaliyyət göstərir. Onun tikintisində 1 (bir) manat da olsa dövlət vəsaitindən istifadə edilməmişdir.
 
Sizə də yaxşı məlumdur ki, sahibkarlar, o cümlədən Vidadi İskəndərov RİH başçılarının sifarişi əsasında fəaliyyət göstərmir. V.İskəndərov tələb edir ki, mövcud iki bazar bağlansın, hamı "Yaşıl market” bazar kompleksinə köçsün. Bu, rayon icra hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. "Şahdağ” kiçik müəssisəsi adlanan kənd təsərrüfatı malları bazarı və əşya bazarı şəxsi mülkiyyətdir. Vətəndaşların şəxsi mülkiyyəti də qanunla qorunur və toxunulmazdır.
 
İsmayıllı rayon icra hakimiyyəti başçısının kiminləsə brilyant alveri olmayıb, yoxdur və bu uydurmalar 2013-cü ildən başlayaraq müxtəlif saytlarda bu mövzu şər-böhtan yuvası açır. Bu şəri ilkin yazana çoxdan qanun layiqli cavabını verib.
 
İsmayıllı RİH-nin başçısı cənab Prezidentin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə icra edir. Sektor müdiri kimi səyyar görüş qəbullarda iştirak edirəm. Coğrafi, dini, milli, etnik mənsubiyyətinə görə kiməsə lüzumsuz söz deyildiyinin şahidi olmamışam. Uştal və Qalagah kənd sakinləri adından başçını ittiham edən sayt əməkdaşı sonradan təkzib verdi, üzr istədi. Digər saytlar isə şəri, iftiranı, böhtanı tirajlamaqda davam edirlər. Qeyd edim ki, İsmayıllını görmədən yazmaq ədalətsizlikdir. "Etibarlı mənbə” adlandırılanlar indi ən etibarsız mənbədirlər. Onlara inanıb iş görməyi məqsədəuyğun hesab etmirik. 
 
2014-cü ildən başlayaraq buğda əkini ilə əlaqədar istehsalçılara subsidiya verilməsi ilə Kənd Təsərrüfatı Nazirliyi və onun yerdəki idarələri məşğul olur".

Redaksiyadan: İsmayıllı rayonu ilə bağlı yazını aşağıdakı linkdən oxuya bilərsiniz.
 
 http://qlobal.az/prezidentin-etimadini-dorultmayan-daha-bir-icra-bascisi-vezifeden-azad-edilir-teferrat/
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook