SON XƏBƏR

İslam oyunlarının proqramı dəyişdi

Yanvar 27
22:08 2016
Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramında dəyişiklik edilib.
 
Dəyişikliyə əsasən mayın 12-22-də baş tutacaq İslamiadada klassik basketbol olmayacaq. Əvvəlcə proqramda olan idmanın bu növünü yeni növ əvəzləyib.
 
Bakı-2015-də olduğu kimi, İslamiada-2017-də də basketbolçular 3X3 növündə mükafatçıları müəyyənləşdirəcəklər. Azərbaycan burada həm kişilərin, həm də qadınların yarışında qüvvəsini sınayacaq. Artıq bu məqsədlə hazırlığa başlayan komandalarımız Avropa çempionatına da qatılacaqlar.
 
Qeyd edək ki, 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən I İslam Həmrəylik Oyunlarında klassik basketbolda Azərbaycan millisi tarix yazmışdı. Həmin vaxt Rimas Kurtinaytisin rəhbərlik etdiyi yığmamız yarışın ilk qızıl medalına yiyələnmişdi.
 
Azvision.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook