SON XƏBƏR

İslam Kərimovun cənazəsi Səmərqəndə gətirildi- VİDEO

Sentyabr 03
11:54 2016
Sentyabrın 3-ü səhər saat 4-dən etibarən Daşkənd sakinləri Özbəkistan prezidenti mərhum İslam Kərimovla vidalaşmaq üçün hər gün onun işə gedib-gəldiyi "prezident yolu” boyunca toplaşıblar.

Hərəkət zolağı boyunca milislər dayanıb. Bir hissəsi toplaşanların qarşısını kəsən kordon qurub, digər hissə yolun hərəkət hissəsində düzülüb.

"Prezident yolu”na çıxan bir sıra küçələr bağlanıb. Səhər saat 7.00-da matəm korteji Daşkənd hava limanına yola düşüb. Hava limanında matəm kortejini min nəfərdən artıq adamın qarşıladığı xəbər verilir. İslam Kərimovun cənazəsi ağ məxmər örtüyə və ölkənin bayrağına bürünüb.

Mərasimi desant bölüyü, dini xadimlər və Kərimovun yaxınları müşayiət edib.

Hava limanı ərazisində cənazəni hərbçilər daşıyıb və Səmərqəndə yola salıb. Onu da qeyd edək ki, hazırda Səmərqənddə hava məkanı mülki reyslər üçün bağlıdır.

78 yaşlı İslam Kərimovun cənazəsi Səmərqəndə səhər səhər saat 09:00-da yola düşüb. Uçuş təxminən 55 dəqiqə çəkib. Hazırda Özbəkistana başsağlığı teleqramları gəlməkdədir. Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Qırğızıstan prezidenti Almazbek Atambeyov, BMT-nin Baş katibi Pan Gi Mun, Türkiyənin baş naziri Binəli Yıldırım başsağlığı göndəriblər. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov və Tacikistanın dövlət başçısı İmoməli Rəhmon dəfn mərasimində iştirak etmək üçün Özbəkistana yola düşüblər. Rusiya, Qırğızıstan və Qazaxıstan isə vida mərasimində baş nazirlər səviyyəsində təmsil olunacaq.

Özbəkistanda üç günlük matəm elan edilib. Baş nazir Şövkət Mirzəyevin başçılığı ilə 22 nəfərlik dövlət dəfn komissiyası yaradılıb. Özbəkistan Konstitusiyasına görə, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmətulla Yuldaşev icra edəcək.

Üç aydan sonra Özbəkistanada prezident seçkiləri keçirilməlidir.(Cebhe.info)

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook