SON XƏBƏR

İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İyun 05
12:00 2017
İŞİD terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

İyunun 4-ə keçən gecə "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook