SON XƏBƏR

İŞİD liderinin öldürülməsi təsdiqləndi

İyun 16
14:05 2017
Rusiya Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl Bağdadinin Rakkada öldürülməsi barədə xəbər yayıb.
 
"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi həmin toplantıda əl-Bağdadinin də iştirak etdiyini və zərbələr nəticəsində onun da məhv edildiyini təsdiqləyib: "Əlimizdə olan və müxtəlif kanallar vasitəsilə dəqiqləşdirilən məlumata görə, həmin toplantıda əl-Bağdadi də iştirak edib və hərbi zərbələr nəticəsində o da məhv edilib”.
 
Nazirlik həmçinin əlavə edib ki, Su-35 və Su-34 qırıcı təyyarələri vasitəsilə endirilən zərbələr nəticəsində İŞİD-in "hərbi şura”sına daxil olan rəhbər şəxslər də məhv edilib. Bundan başqa, zərbələr nəticəsində İŞİD-in 30-a yaxın səhra komandiri və şəxsi heyətin 300-ə yaxın döyüşçüsü öldürülüb.

Xatırladaq ki, zərbələr mayın 28-də endirilib. Həmin tarixdən bu yana Rusiya həmin toplantıda öldürülən şəxslərin kimliyini araşdırırdı və nəhayət, bu gün Rusiyanın Müdafiə Nazirliyi əl-Bağdadinin də öldürülməsi faktını təsdiqləyib.mayın sonunda Rusiyanın Rakkaya hava hücumu zamanı Bağdadinin öldürülməsi barədə xəbər yayılmışdı, lakin bu xəbər öz təsdiqini tapmamışdı. İndi isə xəbərin doğru olma ehtimalının yüksək olduğu barədə açıqlama verilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook