SON XƏBƏR

İŞİD İsraildən niyə üzr istəyib? - Sabiq nazirin etirafı

Aprel 25
09:49 2017
İsrailin sabiq müdafiə naziri Moşe Yaalon İŞİD-in nəzarətində olan bölgələrdən İsrailə hücum olduğu zaman terror təşkilatının yəhudi dövlətindən üzr istədiyini bildirib.

Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, Moşe Yaalon bu barədə ölkənin şimalındakı Afula şəhərində keçirilən bir tədbirdə İsrailin Suriya və İŞİD-ə yönəlik siyasətindən danışarkən bəhs edib.
 
Yaalon deyib ki, bu detal İŞİD və İsrail üçün bir utanc qaynağı olacağı üçün indiyə qədər ictimaiyyətdən gizlədilib.
 
Sabiq müdafiə naziri Yaalon deyib:  "Bu şərtlər altında məsul və çox balanslı bir siyasət izləmək məcburiyyətindəsiniz. Bu şəkildə bir tərəfdən öz maraqlarınızı qoruyarkən, digər tərəfdən də hadisəyə müdaxilə etməkdən qaçmalısınız. Çünki İsrail tərəflərdən birinə dəstək verərsə, bu digər tərəfin maraqlarına xidmət edəcək. Bu səbəblə biz İsrail olaraq qırmızı xətlərimizi elan etdik. Hər kim suverenlik haqqımızı pozsa,  bizim gücümüzü dərhal bütün ağırlığıyla hiss edəcək. Suriyadan İsrailə hücumlar Əsəd rejiminin nəzarətində olan bölgələrdən gəlir. Ancaq İŞİD-in olduğu nöqtələrdən hücum edildiyində təşkilat dərhal İsraildən üzr istədi".

Qeyd edək ki, Moşe Yaalon keçən ilin may ayında baş nazir Binyamin Netanyahu ilə yaşadığı münaqişənin ardından nazirlik və millət vəkilliyi vəzifəsindən istefa vermişdi.
 
İsrail Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bu yana Suriya və Golan təpələrindən torpaqlarına raket atıldığını irəli sürərək, zaman-zaman Suriya torpaqlarında fəaliyyət göstərən rejimə müxalifi təşkilatlara, İranın dəstəklədiyii Hizbullah qüvvələrinə və rejimə aid hərbi nöqtələrə əməliyyatlar təşkil edir.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook