SON XƏBƏR

İŞİD insanlar üzərində kimyəvi təcrübə aparır

May 22
10:57 2017
Terror qruplaşması İŞİD-in İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah təcrübəsi apardığı ortaya çıxıb.
"Qaynarinfo" "The Times" qəzetinə istinadən xəbər verir ki, qruplaşmanın Mosul Universitetində ələ keçirilən sənədlərindən təcrübənin artıq 3 ildir davam etdiyi müəyyən olunub. 

Terror qruplaşmasının asan əldə edilə bilən həşərat dərmanlarını istifadə edərək silah düzəltdiyi və onu əsirlər üzərində tətbiq etdiyi bildirilib. Sənədlərdə bu səbəbdən 2 əsirin ölməsi məlumatı da yer alıb. 

Belə bir təcrübə son dəfə 2-ci Dünya müharibəsi dönəmində faşist həkim Josef Mengel tərəfindən ələ keçirilən əsirlər üzərində tətbiq edilmişdi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook