SON XƏBƏR

İsgəndəryan: “İrəvan Moskvanı şantaj edir”

Sentyabr 14
11:27 2017
Ermənistan Avrasiya İttifaqının tərkibindən çıxmayacaq.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan söyləyib. Onun sözlərinə görə, Ermənistanda İrəvanın Avrasiya İttifaqından çıxacağı ilə bağlı səsləndirilən fikirlər Rusiyaya şantaj xarakteri daşıyır:
 
"Aydındır ki, Yelk Partiyasının Ermənistanın Avrasiya İttifaqından çıxmağı ilə bağlı parlamentdə irəli sürdüyü layihə hökumət tərəfindən qabaqcadan planlaşdırılıb. İrəvan bununla Moskvanı şantaj etmək istəyir. İstənilən halda Ermənistan Avrasiya İttifaqından çıxmayacaq. Ermənistan və Avropa Birliyi arasında razılaşmaya gəlincə isə bunu dəyərləndirmək gərək deyil”, – deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook