SON XƏBƏR

İşdən çıxarılan generalın xuliqan oğluna üç ay həbs verildi

İyul 17
18:35 2017
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu – avtoxuliqanlıq etdiyinə və vətəndaşı döydüyünə görə haqqında üç aylıq həbs-qətimkan tədbiri seçilmiş Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Bunu lent.az-a açıqlamasında Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov deyib.

Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Yeri gəlmişkən, Pəhləvan Aslanov 11 saylı hüquq məsləhətxanasının əməkdaşıdır və Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib.

Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: "Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook