SON XƏBƏR

İşdən çıxarılan generalın HƏBS XƏBƏRİ YAYILDI

İyun 12
19:04 2018
Bir müddət əvvəl işdən çıxarılan gömrük xidməti generalı, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun saxlanılması xəbəri yayılıb.

Məlumata görə o, ölkədə aşkarlanan "dərman mafiyası" məsələsinə görə istintaqa cəlb olunub. Sözügedən məsələ ilə bağlı bir neçə dəfə ifadə verməyə çağırılan general, bu dəfə də çağırılıb, lakin sərbəst buraxılmayıb.

Faktı V. Novruzovun qohumlarından və yaxın ətrafından dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində bəzi dəyişikliklər edilib. Kadr islahatları zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vəzifədən azad edilib. Onun yerinə Səfər Mehdiyev təyin edilib. S. Mehdiyevin təyinatı ilə də komitədə kadr islahatları aparılıb.
 
Mənbə:Bakupost.az 

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook