SON XƏBƏR

İsa Qəmbər reanimasiyadan çıxıb - İntensiv terapiya şöbəsinə köçürülüb

Yanvar 17
15:08 2018
Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.

Bunu "Report”a açıqlamasında İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: "Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”.

İ.Qəmbərin evə nə zaman buraxılmasına gəlincə F.İbrahimov qeyd edib ki, o, sabah təkrar müayinədən keçiriləcək və bundan sonra dəqiq qərar veriləcək.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook