SON XƏBƏR

İş adamlarının dostu olan general (VİDEO)

Sentyabr 08
23:20 2016
Azərbaycanın gömrük sistemində korrupsiya və rüşvətin geniş yayılması haqqında çox yazılıb. Xüsusən xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70-80 faizini əvvəlcədən gömrükdə rüşvət olaraq verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları da sərhəddən rüşvətsiz keçirmək mümkün deyil. Bəlkə də buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır. Ancaq mövzumuz bu deyil.
 
Qeyd edək ki, Azərbaycan gömrükçüləri milyardların büdcədən gizlədilməsi, əvəzində şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif metodlar fikirləşib, bu sahədə təkmilləşdirmələr aparıblar. Gömrükdə hazırda idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, «sövdələşmə» olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Və büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır. Maraqlıdır ki, ölkədə iqtisadi vəziyyətin günbəgün pisləşdiyi bir dövrdə Gömrük Komitəsinin sədri Aydın Əliyev və komandasının fəaliyyəti ilə bağlı heç bir tədbir görülməyib. Başqa tərəfdən isə Dövlət Gömrük Komitəsinin hazırkı rəhbərliyində elə şəxslər var, orta məktəb səviyyəsində savadı yoxdur. Müsahibə və kolleqiyadakı çıxışlarını vərəqdən belə çətinliklə oxuyan belə kadrlarla komitənin idarəedilməsi ancaq və ancaq təəssüf doğurur. 
 
Qeyd edək ki, mətbuat dəfələrlə Gömrük Komitəsinin rəhbər heyətinin dəyişdirilməsinin zəruri olmasını vurğulayıb, cavan və savadlı kadrların irəli çəkilməsinin vacib olduğunu bildirib. Bununla belə Gömrük Komitəsinin rəhbər heyətində heç bir dəyişiklik edilmir. Aydın Əliyev və müavinləri hələ də iş başındadır. Sevindirici haldır ki, Gömrük Komitəsində işini layiqincə yerinə yetirən kadrlar da az deyil. Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bu baxımdan diqqət çəkir. İş adamları ilə münasibətlərindən tutmuş media əməkdaşlarına qədər hamı general Vüsal Novruzovdan razılıq edir. Təsadüfi deyil ki, üzün müddət Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən Vüsal Novruzovun xidmətləri dövlət başçısı səviyyəsində yüksək qiymətləndirilib. Yüksək səviyyədə təhsil alan Vüsal Novruzovun rəhbərlik etdiyi Bakı Baş Gömrük İdarəsinin fəaliyyəti gömrük orqanlarına həmişə nümünə kimi göstərilir. 
 
Vüsal Novruzovun gömrük sistemində peşəkar kadr olmasını sübut etməyə oxucularımıza sübut etməyə ehtiyyac yoxdur. Onun ANS-ə verdiyi müsahibəni təqdim edirik: 
 
 

 
(Aztoday.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook