SON XƏBƏR

İrəvanda keşişlərin paradı - Sarkisyan biabır oldu (Video+Foto)

Sentyabr 22
14:47 2016
Ermənistanda ölkə müstəqilliyinin 25 illiyi ilə əlaqədar hərbi parad keçirilib. 

AzVision.az xəbər verir ki, parad həm texnika, həm də iştirakçıların tərkibi baxımından zəif təsir bağışlayıb.

Paradda hərbi hissələrdə nizam-intizamın olmaması, elementar keçid qaydalarına riayət edilməməsi açıq-aşkar görünüb.

Kadrlardan göründüyü kimi, kursantlar və hərbçilər nizamı formada keçidi yerinə yetirə bilmir. Aydın olur ki, hərbçilərin atdığı addımlar düzgün deyil və bir çoxları sıradan kənara çıxır. Bu isə ilk növbədə hərbçilərin hazırlıq səviyyəsinin aşağı olduğunun göstəricisidir. 

Paradda erməni keşişlərin iştirakı gözdən yayınmayıb. 
 


Eyni zamanda paradda Rusiyanın hərbi texnikası və bu ölkənin Ermənistandakı bazasının şəxsi heyəti iştirak edib. Belə ki, Rusiya ordusuna məxsus hərbi texnikalar komuflyaj olunub. Ermənistan öz texnikasının keyfiyyətinə əmin olmadığı üçün belə üsuldan istifadə edib. 

Hərbi texnikadan "Su 25” təyyarəsi və "Mi 21” helikopteri nümayiş etdirilib. Sonra hərbi texnika keçib. Artilleriya və HHM raket sistemi nümayiş olunub. Onların arasında "Krunk” pilotsuz ucuş aparatı, "S-300, "S 125”, havadan müdafiə "Osa AK (M)” kompleksləri, "Şturm S” anti-tank kompleksləri, "VM 80”, "Qrad” və "Smerç” raket sistemi, "Strela 10”, "Buk" modernləşdirilmiş zenit-raket kompleksləri, "Konkurs”, "Toçka-U” reaktiv yayalım atəş sistemləri nümayiş olunub. Eyni zamanda ilk dəfə olaraq "İSKƏNDƏR-M” operativ-taktiki raket kompleksi nümayiş olunub. Lakin raket komleksinin üzərində rus əsgərinin olması diqqətdən yayınmayıb 

"İsgəndər” komplesklərinin bu varinatı xarici ölkələrə satış üçün nəzərdə tutulduğundan beynəlxalq qaydalara uyğun olaraq onun bir çox göstəriciləri məhdudlaşdırılıb. Mobil bölmələrə gəlincə, qeyd etmək lazımdır ki, erməni ordusunun avtomobil texnikası hər yerdə zirehli avtomobillərdən yox, gücləndirilmiş pikaplardan ibarətdir.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook