SON XƏBƏR

İrəvanda Azərbaycan yağı satılır (VİDEO)

Yanvar 04
19:25 2019
İrəvanda Azərbaycan istehsalı olan kərə yağları satılır.

Qlobal.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.

Erməni mətbuatı "Yeni il sürprizi. Bəli, Ermənistan paytaxtının ticarət pavilyonlarında "qardaş Azərbaycanın” yüksək keyfiyyətli kərə yağlarını tapmaq mümkündür”, sözlərini yazan Sona Aqekyanın statusunu paylaşıb.

Aqekyan satılan yağın Azərbaycanda "Farmer” şirkətinə məxsus "Moskovskoye” yağları olduğunu deyib.

"Sputnik Ermənistan” saytına danışan erməni ekspertlər isə belə mallara marketlərdə rast gəlmədiklərini bildiriblər. Onlar bu tip malların daha çox küçələrdən alına biləcəyini söyləyiblər.
 

 

 



Qlobal.az
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook