SON XƏBƏR

İraqın vitse-prezidenti: “İŞİD “Əl-Qaidə"yə müttəfiqlik təklif edib”

Aprel 18
07:53 2017
İŞİD terror qruplaşması "Əl-Qaidə” təşkilatına müttəfiqlik təklif edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın vitse-prezidenti İyad Ələvi bəyan edib.

Onun sözlərinə görə, bu barədə İraq və digər ölkələrdən məlumatlar daxil olmaqdadır.

"İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi və "Əl-Qaidə”-nin rəhbəri Ayman az-Zəvahirini təmsil edənlər arasında müzakirə və dialoq mövcuddur”, deyə İ.Ələvi bildirib.

Bununla belə, vitse-prezident terrorçu təşkilatları arasında mümkün müttəfiqliyinin detallarını açıqlamayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook