SON XƏBƏR

İraqın baş naziri: Mosul İŞİD terror təşkilatından tam azad olunub

İyul 11
12:42 2017
İraqın Baş naziri Heydər əl-İbadi Mosulun İŞİD terror təşkilatından azad olunduğunu rəsmən elan edib.
 
Qlobal.az Anadolu agentliyinə istinadla xəbər verir ki, əldə olunan zəfər münasibətilə dövlət televiziyasından açıqlama verən əl-İbadi deyib: "Mosulun qəlbindən terror təşkilatı İŞİD-in çökdüyünü və zəfər qazanıldığını elan edirəm”.
 
İraqın silahlı qüvvələrini və yerli əhalini təbrik edən əl-İbadi İŞİD-ə qarşı mübarizədə dəstək verən ölkələrə də təşəkkürünü bildirib.
 
Baş nazir açıqlamasının sonunda İraq bayrağını qaldıraraq "Yaşasın İraq” şüarını səsləndirib.
 
Xatırladaq ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD-in əlinə keçmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook