SON XƏBƏR

İraqda partlayış: 8 ölü

May 24
11:00 2018
İraqın paytaxtı Bağdadda partlayış törədilib

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin şimal bölgəsində parkda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerinə İraq güc strukturlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook