SON XƏBƏR

İraqda 12 İŞİD-çi edam edildi

İyun 29
14:41 2018
İraqın baş naziri Heydər əl-İbadinin tapşırığı ilə İŞİD terror qruplaşmasının üzvü olan 12 nəfər edam edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İraq Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı açıqlamada İŞİD tərəfindən qaçırılan 8 iraqlının ölkənin şimalında yerləşən Səlahəddin vilayətində edam edildiyi bildirilmiş, buna cavab olaraq da baş nazir barələrində ölüm hökmü çıxarılan İŞİD-çilərin edam olunması üçün tapşırıq vermişdi.

Xatırladaq ki, İŞİD iyunun 17-də Kərkük-Bağdad yolundan qaçırdığı şəxslərin görüntülərini yayımlamlayaraq, İraq həbsxanalarındakı qadın militanların sərbəst buraxılmaları qarşılığında girovların azad ediləcəyini açıqlamış və bunun üçün hökumətə vaxt vermişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook