SON XƏBƏR

İraq neft yataqlarını geri qaytarır: Bərzani pis vəziyyətdə

Oktyabr 21
10:09 2017
Moskvanın xoşuna gəlməsə də, İraq hökuməti kürdlərin ələ keçirdiyi neft sahəsini bütünlüklə tabeçiliyinə keçirmək niyyətindədir və buna yaxındır.
 
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, İraq bir neçə günə öz suverenliyini bərpa edərək ona məxsus olan neft quyularının hamısını ələ keçirə və bununla da xaricə neft ixracının inhisarını tamamilə ələ ala bilər:
 
"İraqın ən böyük neft istehsal edən rayonu Kərkük artıq kürdlərin əlində deyil. Kürdlərin nəzarət etdiyi və neftlə zəngin olan ikinci bölgə Süleymaniyə və Ərbil arasındadır. Artıq İraq ordusu ilə İranın Haşdi-Şabi partizan dəstəsi buraya doğru irəliləməkdədir. Tərkibi bütünlüklə Cənubi Azərbaycan soydaşlarımızdan ibarət olan Haşdi Şabi İraq Türkman Cəbhəsi ilə birlikdə kürd peşmərgələrinin geri otuzdurulmasında oynadığı rolu sona qədər davam etdirəcək. İraq dövləti kifayət qədər iradəli hərəkət edir. Hökumətin son qərarına əsasən, İraq Kürd Muxtariyyəti ilə bağlanmış bütün müqavilələr etibarsız sayılacaq. Onsuz da kürdlərin neft nəql etmək imkanı yoxdur. Bildiyiniz kimi, Rusiyanın "Rosneft” şirkəti Şimali İraqla bir sıra mədənlərin işlənməsinə dair müqavilə bağlamışdı. Düzdür, müqavilə hələ neft quyularının qazılmasına gətirib çıxarmamışdı, sadəcə hazırlıqlar gedirdi. Çox güman ki, İraq mərkəzi hökumətinin bu məsələdə razılığı lazım gələcək. İnanmıram ki, müharibə əməliyyatları bitməyincə İraq hökuməti Rusiyanın bu ərazidə neft qazma işləri ilə məşğul olmasına icazə verisn. Çünki bütün bunlar vəziyyəti destabilizə edən amillərdən biridir. Moskvanın xoşuna gəlməsə də, İraq hökuməti öz siyasi iradəsini ortaya qoyaraq kürdlərin ələ keçirdiyi neft sahəsini bütünlüklə tabeçiliyinə keçirmək niyyətindədir və buna yaxındır”.
 
Qeyd edək ki, İraqın Neft Nazirliyi İraq Kürd Muxtariyyəti ilə imzalanan neft müqavilələri qanunsuz olmasına dair bəyanat yayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook