SON XƏBƏR

İraq ABŞ-a nota verdi

Dekabr 08
00:54 2017
İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verib.
 
Qlobal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub məlumat verib.
 
Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman nazirliyə çağırılıb və nota təqdim olunub.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook