SON XƏBƏR

İranlı iş adamı öz ölkəsinə ekstradisiya ediləcək

İyun 11
12:37 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində İranda axtarışda olan Milani Ebrahiminin öz ölkəsinə təhvil verilməsi ilə bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirirlib. Virtualaz.org-un məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

E.Milani milliyyətçə azərbaycanlı olduğunu, Təbrizdə yaşadığını və 16 ildir Azərbaycana gəlib-getdiyini bildirib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun əməkdaşları İran vətəndaşının ölkəsinə ekstradisiya edilməsini istəyib.

E.Milani İranda bəraət aldığını, amma sənədləri qaydasında olmadığını məhkəmənin diqqətinə çatdırıb: "İş adamıyam, taxıl biznesi ilə məşğulam. Bakıda şirkətim var. Məni azadlığa buraxın, sənədlərimi qaydasına salım".

Məhkəmə E.Milaninin İran İslam Respublikasına ekstradisiya olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Ebrahimi İran İslam Respublikasında dələduzluq etməkdə ittiham edilərək barəsində axtarış elan olunub. Daha sonra o, Azərbaycanda həbs edilib. İran tərəfi isə onu ölkəsinə təhvil verilməsini istəyib.

Virtualaz.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook