SON XƏBƏR

İranın İslamiadada bayraqdarı qadın idmançı olacaq

Aprel 24
09:49 2017
İranın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarındakı bayraqdarı qadın idmançı olacaq. "Report"un İran Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, atıcı Mahlaqa Jambozorqdur.
 
25 yaşlı idmançı mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimində öz ölkəsinin bayrağını daşıyacaq. MOK prezidenti Şahruh Şahnazi bildirib ki, Jamborzorq qarşıdakı idman yarışının xarakteri və bütün bədənini örtən çadra gəzdirməsi ilə əlaqədardır: "O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir".
 
Qeyd edək ki, İslamiadada İranın 180-dək idmançısı 16 növ üzrə mübarizə aparacaq. Mahlaqa Jambozorq 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəş açma yarışında mübarizə aparıb. O, 2015-ci il Universiadasında qızıl, gümüş və 2 bürünc, 2010-cu il Asiya Oyunlarında gümüş və bürünc medal qazanıb.      



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook