SON XƏBƏR

İranın 10 əsgəri sərhəddə öldürüldü

Aprel 27
00:38 2017
İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

Silahlıların itkisi barədə məlumat verilmir. İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.
 
Hazırda hadisə yerində tədqiqat aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook