SON XƏBƏR

İrandan Ermənistana sonuncu xəbərdarlıq

Oktyabr 19
14:11 2020
İran rəsmiləri ölkə ərazisinin atəşə tutulması ilə bağlı növbəti dəfə Ermənistana xəbərdarlıq edib.

Qlobal.az Modern.az-a istinadən xəbər verir ki, İran XİN-nin mətbuat katibi Səid Xətibzadə Qarabağda gedən döyüşlər zamanı ölkə ərazisinə mərmilərin düşdüyünü və bununla bağlı münaqişə tərəflərinə xəbərdarlıq etdiklərini söyləyib.

"Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün qırmızı xətdir. Ordumuz lazımlı xəbərdarlıqları edərək qarşı tərəfin izahatını dinləyib. Biz İran ərazisinə istənilən, o cümlədən səhv nəticəsində edilən hücuma cavab verəcəyik”.

Xatırladaq ki, Ermənistan artilleriyası Araz çayı boyu gedən döyüşlər zamanı İran ərazisini də bir neçə dəfə atəşə tutub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook