SON XƏBƏR

İranda sərnişin təyyarəsi qəzaya uğradı: 180 nəfər öldü

Yanvar 08
11:04 2020
İranda Ukrayna Hava Yolları şirkətinə aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından Kiyevə uçan "Boeing 737" tipli təyyarə qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən düşüb. 

Təyyarədə olan 180 nəfərdən heç biri xilas ola bilməyib. Hadisə yerinə tədqiqat qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır.

Beynəlxalq Qırmızı Aypara təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib ki,  qəzaya uğramış təyyarədə sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir: "Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur".
 
Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook