SON XƏBƏR

İranda şərəfli bayrağımıza qarşı şərəfsizlik edilib- FOTOLAR

Fevral 16
23:53 2017
İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.
 
Qlobal.az Missiya.Az-a istinadən xəbər verir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.

Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.

Qeyd edək ki, bir neçə dəfə Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı Azərbaycan dövlət bayrağı ilə bağlı analoji hal yaşanıb.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook