SON XƏBƏR

İranda Rəfsəncaninin vəfatı ilə bağlı 3 günlük matəm elan olunub

Yanvar 09
11:08 2017
İranda Məsləhət Şurasının sədri, sabiq Prezident (1989-1997-ci illər) ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub.
 
Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
 
Həmçinin İran hökuməti ayətullahın dəfni ilə əlaqədar yanvarın 9-nu qeyri-iş günü elan edib.
 
Qeyd edək ki, 82 yaşlı Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook