SON XƏBƏR

İranda qaya böyüklüyündə qaçaq qızıl aşkarlandı

Yanvar 09
12:58 2019
İran polisi Cənubi Azərbaycanın Verzegan şəhərində qaya böyüklüyündə cilalanmış qaçaq qızıl parçasını ələ keçirib.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, yük avtomobilində daşınan qızılın çəkisi 500 kq olub.

Verzegan Polis İdarəsinin rəisi Albay Qasım Nəzəri mətbuata verdiyi açıqlamada qaçaq qızılın yolda avtomobillərin yoxlanılması nəticəsində aşkar edildiyini bildirib. İranın rəsmi İrna Agentliyi A. Nəzəriyə istinadən yazır ki, qızıl qeyri-qanuni daşınıb və sürücü saxlanılıb. Ələ keçirilən qızılın satış dəyərinin nə qədər olduğu məlum deyil.

Qeyd edək Vergezan Təbrizdə yerləşir və mədənçilik baxımından İran üçün olduqca böyük əhəmiyyət daşıyır. Şəhərdə yerləşən "Adrian Qızıl Mədəni” ölkənin zəngin qızıl mədənləri arasında mühüm yer tutur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook