SON XƏBƏR

İranda parad zamanı törədilən teraktın əsas təşkilatçısı məhv edildi

Oktyabr 17
10:18 2018
İraqın təhlükəsizlik qüvvələri sentyabrda İranın Əhvaz şəhərində törədilən terror aktının əsas təşkilatçısını məhv edib.

Bu barədə çərşənbə axşamı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyanatına istinadən "Mehrco" agentliyi məlumat yayıb.

Bildirilir ki, İraqın təhlükəsizlik qüvvələri çərşənbə axşamı ölkənin Diyala əyalətində əməliyyat aparıblar. Əməliyyat zamanı İŞİD terror təşkilatının Əbu Zaha adlı səhra komandiri və daha 4 terrorçu zərərsizləşdirilib. Bu komandir, İİKK-nın məlumatına görə, İranın Əhvaz şəhərində törədilmiş terror aktının əsas təşkilatçısı olub.

"Report” xatırladır ki, sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilmiş terror aktı nəticəsində 29 nəfər həyatını itirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook