SON XƏBƏR

İranda azərbaycanlı fəal aclıq edir

Yanvar 18
16:25 2017
İranda azərbaycanlı fəallar Mehdi Kuxiyan və Kərim Çayçı ötən il dekabrın 12-də saxlanılıblar.
 
İddialara görə, Mehdi Kuxiyan Məlikan şəhərinin meri və millət vəkilinin şikayətiylə həbs edilib. O bu şəhərdə çox izlənən bir teleqram kanalını idarə edirmiş. Bu haqda AzadlıqRadiosuna azərbaycanlı fəal Ramin Cabbarlı məlumat verib.
 
Dekabrın 21-dən hər iki milli fəal göndərildikləri Marağa şəhər həbsxanasında ağızlarını tikərək aclıq aksiyası elan ediblər.

Onlardan biri Kərim Çayçı dekabrın 25-də azad edilib.
 
«Ancaq aclıq aksiyasına davam etdiyi bildirilən Mehdi Kuxiyanın Təbriz SEPAH-ının ETTELAAT idarəsinin təkadamlıq kamerasına göndərildiyi deyilir. SEPAH-a göndərildikdən sonra ondan xəbər tutmaq mümkün olmayıb», – Ramin Cabbarlı bildirir.
 
Dekabrın 29-da İranda daha bir azərbaycanlı fəal Murtaza Muradpur azadlığa buraxılıb. 29 yaşlı fəal 65 gün aclıq aksiyası keçirmişdi. Muradpur ana dilində təhsil və Urmiyə gölünün qurumasının qarşısının alınmasını tələb edirdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook