SON XƏBƏR

İran XİN rəhbəri İraq Kürdüstanındakı müstəqillik referendumu haqda

İyul 18
16:06 2017
"İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumunun ölkə və region üçün faciəvi fəsadları olacaq”.
 
APA-nın verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
 
"Hesab edirik ki, referendum düzgün seçim deyil. Referendum təkcə bölgənin kürd əhalisinə toxunmayacaq. Fikrimcə, bunun İraqın və bütövlükdə regionun təhlükəsizliyinə faciəvi təsiri olacaq”, - deyə nazir bildirib.
 
Qeyd edək ki, 2005-ci ildən İraqın şimalında Kürdüstan muxtariyyəti yaradılıb. Muxtariyyətin hakimiyyət orqanları sentyabrın 25-də müstəqillik haqqında referendumun keçiriləcəyini bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook