SON XƏBƏR

İran və İraqda dəhşətli zəlzələ: 347 ölü, 1000-lərlə yaralı var

Noyabr 13
14:10 2017
Kirmanşah əyalətinin tibb xidmətinin yaydığı xəbərə görə, zəlzələ nəticəsində 339 nəfər həlak olub. Yeraltı təkanlar nəticəsində 2530 nəfər yaralanıb.
 
İraqda isə zəlzələ nəticəsində 8 nəfər ölüb, 400-dən çox adam yaralanıb. 

***
 
09.20
 
İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində artıq 211 nəfərin həlak olduğu açıqlanıb. 1600-dən çox insanın yaralandığı bildirilir.
 
Şimali İraqın Süleymaniyə və Halepçe şəhərlərində də 7,3 bal gücündə zəlzələ baş verib. İraq mənbələrinin məlumatına görə, 7 nəfər həlak olub, 235 nəfər yaralanıb. 

Türkiyə mənbələrinin yaydığı məlumatda bildirilir ki, zəlzələ Türkiyənin Şərqi və Cənub-şərqi Anadolu bölgəsində, Suriya, Küveyt, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook