SON XƏBƏR

İran: “Trampın qərarı İran xalqı üçün təhqirdir”

Fevral 18
13:29 2017
ABŞ Prezidenti Donald Trampın miqrasiya haqqında qanunu bütün İran xalqı üçün təhqirdir.
 
Axar.az xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
 
"Siz bir nəfər də olsun iranlı tapa bilməzsiniz ki, amerikalılara qarşı terakt törətsin. Biz 11 Sentyabrdan başlayaraq bütün teraktları qınamışıq”, – deyə o bildirib.
 
Qeyd edək ki, Tramp bir müddət əvvəl 7 müsəlman ölkəsinin vətəndaşının ABŞ-a səfərlərinə qadağa qoyub. Bu ölkələr İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviyadır.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook