SON XƏBƏR

İran təyyarə qəzasını videoya çəkən “şəxsi” həbs etdi, o da “səhvən”...

Yanvar 15
12:39 2020
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukraynanın Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin raketlə vurulmasını videoya çəkən şəxsi həbs edib. 

Qaynarinfo BBC News-a istinadla xəbər verir ki, videonu yayan İranlı jurnalist Nəriman Qərib isə Twitter-də mənbəsinin, yəni çəkdiyi videonu ona göndərən şəxsin azadlıqda olduğunu və hakimiyyətin kimisə yenə "səhvən” həbs etdiyini yazıb.
 
Xatıladaq ki, dünən Ukrayna laynerinin qəzaya uğraması hadisəsi ilə bağlı iki nəfər həbs edilib.

Bu arada Amerikanın "The New York Times" hadisə ilə bağlı yeni video paylaşıb. Videoda təyyarənin 20 saniyə fərqlə iki raketlə necə vurulması göstərilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook