SON XƏBƏR

İran ŞOKda: Xamneyinin “Quran qarisi” yeniyetmə şagirdləri ilə cinsi əlaqəyə girib

Oktyabr 25
17:10 2016
İranın dini lideri Əli Xamneyinin şəxsi "Quran qarisi” nin yeniyetmə şagirdləri ilə cinsi əlaqəyə girməsi və onları müxtəlif yollarla aldadaraq zorlaması xəbərinin mediada ifşa olunması ölkədə böyük rusvayçılığa səbəb olub.
 
Qlobal.Az günaztv-yə istinadən xəbər verir ki, İranın rəsmi dini dairələrində və "Quran” qariləri arasında Hacı Səid Tusi adı ilə tanınan 46 yaşlı "Məhəmməd Gəndumnəjad Tusi”, son illər "Quran” oxumağı öyrənmək məqsədilə onun yanına gələn və beynəlxalq "Quran” yarışlarına qatılmaq üçün onun başçılığı ilə xarici ölkələrə göndərilən azyaşlı və yeniyetmə uşaqları müxtəlif yollarla aldadaraq onlarla cinsi əlaqəyə girib.
 
Xamneyinin iştirakı ilə keçirilən bütün rəsmi iclaslarda "Quran” oxuyan, cinsi oriyentasiyası baxımından həm aktiv, həm də passiv olduğu bildirilən Səid Tusi, son həftələrdə "Quran” oxumağı öyrənmək üçün onun yanına gələn bir qrup yeniyetmənin şikayətindən sonra təqib altına alınıb.
 


Səid Tusi
 
Bildirilir ki, azyaşlı uşaqlarla cinsi əlaqəyə girdiyinə görə ilk dəfə 2012-ci ildə (1391 -ci ildə) Səid Tusi barəsində cinayət işi açılıb. Belə ki, aldadılan və cinsi istismara məruz qoyulan uşaqlardan biri məsələni evlərində atasına danışıb. Atası isə Xamneyinin beytində olan tanışlarından birinə baş vermiş olaydan şikayətlənib və onun vasitəsilə məsələ Xamneyiyə çatdırılıb. Lakin Xamneyi beytinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Əli Müqəddəmin işə qarışmasından sonra, İran Məhkəmə Sistemi rəisinin və Tehran prokurorunun göstərişi ilə məsələ ört-basdır edilərək "Quran qarisi”nin təqib altına alınmasının qarşısı alınıb, barəsində açılan cinayət işi səssiz-səmirsiz qapadılıb.
 
Bildirilir ki, həmin vaxt Səid Tusi dindirilib və o törətdiyi cinayət əməlini etiraf etsə də, ondan sadəcə olaraq bir daha bu kimi işlərlə məşğul olmayacağı barədə öz dəstxətti ilə yazılı iltizam alınıb və öz səsi ilə tövbəsi lentə yazılıb. Bununla da məsələ səssiz şəkildə ört-basdır edilib və baş vermiş olayın mediaya sızmasının qarşısı alınıb.
 
Son günlər isə, Səid Tusi tərəfindən zorlanan həmin yeniyetmələrdən ikisinin "Amerikanın Səsi”nin fars redaksiyasına verdiyi müsahibələr və məsələnin ifşa olunması "Quran qarisi”nin adını yenidən gündəmə gətirib və hər şey mediada ifşa olunaraq sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Adının çəkilməsini istəməyən 18 yaşlı həmin gənclərdən biri isə başına gələn hadisənin təfərrüatını açıqlayıb. O, "Amerikanın səsi”nə bunları danışıb:
"Bir neçə il əvvəl xarici ölkələrin birində keçirilən beynəlxalq "Quran” yarışlarına qatılmaq üçün mən və daha bir neçə azyaşlı "Quran” qarisi Səid Tusinin başçılığı ilə xarici səfərə getmişdik. Hoteldə biz uşaqlar üçün ayrıca nömrə (otaq) nəzərdə tutulsa da, Səidi Tusi müxtəlif bəhanələrlə məni özü qalmaq istədiyi otağa yazdırdı. Beləliklə də ikimiz bir nömrədə qalmalı olduq. Otaqda yerbəyer olandan sonra mən çimmək üçün hamama girdim. Lakin az sonra gözləmədiyim bir anda qapının açıldığını hiss etdim. Birdən-birə tamamilə soyunmuş vəziyyətdə olan "Quran” müəllimimi qarşımda gördüm. Mənim elə bir yaşım yox idi. Çox şeyləri hələ başa düşmürdüm. Nəyin baş verməkdə olduğunu bilmirdim. Yerimdə donub qalmışdım. Səid Tusi isə mənə yaxınlaşaraq məni dilə tutmağa çalışırdı. O deyirdi ki, bu adi bir məsələdir və belə də olmalıdır. O, öz iyrənc niyyətini yerinə yetirəndən sonra mənə tapşırdı ki, bu məsələ öz aramızda qalmalıdır və bunu kimsəyə danışmamalısan. Deyirdi ki, əgər onun dediklərinə qulaq assam və onunla mehriban olsam növbəti beynəlxalq "Quran” yarışlarında yenə məni özü ilə birlikdə xarici səfərlərə aparacaq”.
 
İranın hökumət saytları, məşhur "Quran qarisi”nin azyaşlı şagirdləri ilə cinsi əlaqədə olması məsələsini üstüörtülü şəkildə işıqlandırsalar da, İranın "asriran.com” saytı oktyabrın 22-də yaydığı bir məlumatda məsələnin mahiyyətinə toxunmadan bildirib ki, Səid Tusinin mühakimə olunmasını istəyən bir qrup yeniyetmə və onların valideynləri İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə birgə şikayət məktubu hazırlamaqdadırlar”. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook