SON XƏBƏR

İran: "Qızıl çərşənbə"ni qeyd edənlər cəzalandırılıb

Mart 17
12:35 2017
İranın Məşhəd şəhərində Hicri təqvimə görə ilin son çərşənbə gecəsi keçirilən "Qızıl çərşənbə" (Çərşənbə Suri) mərasimlərində iştirak edən bəzi iranlılara küçə təmizləmə cəzası verilib.
 
İranda "Qızıl çərşənbə" küçələrdə tonqal qalayaraq atəşfəşanlıq və fişəng partladaraq qeyd olunur.
 
Ancaq hər il polis və İnqilab Mühafizəçiləri, "Qızıl çərşənbə"də "ifrata vardıqları" səbəbilə bir çox şəxsi həbs edir.
 
Məşhəd prokuroru bayramı qeyd etmənin şəhərdə səbəb olduğu ziyanlara görə belə bir cəza verildiyini açıqlayıb.

Prokuror, bu il saxlanılan şəxslərin növbəti ilin bu günündən əvvəl yenidən saxlanılacağını və mərasimlər qurtarana qədər müvəqqəti həbsxanada saxlanılacağını bildirib.
 
İranın Təsnim informasiya agentliyi builki şənliklərdə üç nəfərin həyatını itirdiyini, 2 min 351 nəfərin də yaralandığını bildirib (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook